Menu

Ermənistanda əsgər valideynləri aksiya keçirir - Övladlarının Qarabağdan çıxarılmasını tələb edirlər (Yenilənib)

19.03.2021, 15:43
Ermənistanda əsgər valideynləri aksiya keçirir  - Övladlarının Qarabağdan çıxarılmasını tələb edirlər (Yenilənib)

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz formada hərbi xidmətdə olan erməni əsgərlərin valideynləri Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən narazı qalıblar.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, əsgər valideynləri yenidən hökumət binasının qarşısında toplaşaraq övladlarının dərhal tərxis olunmasını tələb ediblər.

“Baş nazir məsələlərin bizim tələblər nəzərə alınmadan iki həftəyə həll olunacağını dedi. Bu müddət ərzində oğullarımızın hərbi xidmətinin azaldılıb-azaldılmaycağı məlum olacaq”, - görüş iştirakçılarından biri Suren Gevorkyan bildirib.

Onun sözlərinə görə, irəli sürdükləri tələblər 4 ay ərzində öz həllinin tapmayıb. Bununla yanaşı, hökumət evinin qarşısında itkin düşən hərbçilərin etiraz aksiyası davam edir. 

Onlar itkin düşmüş sayılan 500 əsgərlə bağlı məsələyə baş nazirin cavab verməsini tələb edirlər.

***

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz formada hərbi xidmətdə olan erməni əsgərlərin valideynləri Ermənistan Nazirlər Kabinetinin binası qarşısında etiraz aksiyası keçiriblər.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Aksiya iştirakçıları övladlarının hərbi xidməti vaxtından qabaq başa vuraraq Ermənistana qaytarılmasını tələb edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan aksiya iştirakçılarından ikisinin qəbul edib.

“Biz hələ ötən ilin noyabrında tələblərimizi irəli sürmüşük. İndiyədək məsələ öz həllini tapmayıb. Bizim uşaqlar bu yaxınlaradək müharibə olan yerdə xidmət edirlər. Bu ədalətsizlikdir”, - əsgər valideyni Tereza Qriqoryan bildirib.

Şərhlər

B.Qarabağlı 2021-03-19 14:31:56

Əsgər valideynləri (T.Qriqorian və d.) övladlarını öz elini şərəflə müdafiəyə göndərib, işğal cinayətinə yox! Bəs, Azərbaycan Ordusu və Kreml sülhməramlıları Qarabağ və Azərbaycanı necə mühafizə edirlər ki, Konstitusion Müdafiə ərazisində özgə hərbi silahlıları qalır və yaxud gizlənirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol