Menu

Rusiya Bankı uçot dərəcəsini artırıb

19.03.2021, 15:52
Rusiya Bankı uçot dərəcəsini artırıb

Rusiya Bankı (Mərkəzi Bank) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 4,25 %-dən 4,5 %-ə çatdırılması barədə qərar qəbul edib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, qonşu ölkədə 2018-ci ildən bəri ilk faiz artımıdır.

"İqtisadiyyatda tələbin sürətli bərpası, inflyasiya təzyiqlərinin artması neytral pul siyasətinə qayıtmağı zəruri edir”, - Rusiya Bankının açıqlamasında qeyd olunub.

Qurum həmçinin uçot dərəcəsinin bundan sonra da artırılması ehtimalının yüksək olduğunu qeyd edib. "Bloomberg" agentliyi isə bu ilin sonuna qədər faizin 5,5-6 % səviyyəsinə çatdırıla biləcəyini yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol