Menu

“Yumşalmalardan sonra yoluxanların sayının artacağı gözlənilən idi” - Prezidentin köməkçisi

19.03.2021, 16:11
“Yumşalmalardan sonra yoluxanların sayının artacağı gözlənilən idi” - Prezidentin köməkçisi

“Biz artıq 1 ildən çoxdur pandemiya şəraitində yaşayırıq. Pandemiya dalğavari olaraq bütün ölkələrə təsir edir”.

Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçiririlən brifinqində deyib.

Onun sözlərinə görə, hazırda bir çox ölkələrdə virusun növbəti dalğası müşahidə olunur: “Bir çox ölkələr məhz bu səbəbdən qapanmalara gedirlər. Azərbaycanda da son zamanlar rəqəmlər artmağa başlayıb. Yumşalmalardan sonra bu gözlənilən idi”.

Şərhlər

İnsan 2021-03-19 16:15:06

İnsan olun,insanlarla insan kimi davranın. Biz heyvan deyilik,insanıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol