Menu

Avropa Komissiyası koronavirusun 3-cü dalğasının başladığını açıqlayıb

19.03.2021, 17:59
Avropa Komissiyası koronavirusun 3-cü dalğasının başladığını açıqlayıb

Avropada yeni növ koronavirusun yayılmasının üçüncü dalğası başlayıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spinant bildirib.

“Müxtəlif Aİ ölkələrində tədricən və ya hətta sürətlə yayılan üçüncü dalğanı müşahidə edirik”, - o deyib.

Bu vəziyyətin əhalinin aşılanmasını sürətləndirmək üçün əsas olduğu qeyd edilir.

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-də COVID-19 ilə bağlı vəziyyətin pisləşdiyini açıqlamışdı. O, bu vəziyyətin əsas səbəbinin Aİ ölkələri sakinlərinin aşılanmasında ləngimələrin olduğunu söyləmişdi.

Şərhlər

Seyid Ənhu 2021-03-19 21:10:02

Bu andıra qalmışın neçə dalğası var görəsən?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol