Menu

Əsgərovların Londondakı şirkətində şübhəli ad dəyişikliyi - FOTOFAKT

20.03.2021, 12:37
Əsgərovların Londondakı şirkətində şübhəli ad dəyişikliyi - FOTOFAKT

AZAL prezidenti Cahangir Əsgərovun ailəsi Londondakı şirkətləri ilə bağlı şübhəli ad dəyişiklikləri aparıblar. Bu barədə jurnalist Cavanşir Həsənli məlumat paylaşıb.

Onun sözlərinə görə, 31 milyon funt sterlinqdən (75 milyon manat) artıq aktivləri olan “Gazelli House Limited” şirkəti adını dəyişib:

“Şirkətin təsisçisi – Cahangir Əsgərovun qızı Məlahət Əsgərovanın Britaniya Şirkətlər Evinə müraciətinə əsasən bu il fevralın 9-da “Gazelli House Limited”in adı “Mrcr Art Limited” olaraq rəsmiləşdirilib. Halbuki elə bu ilin yanvarında Məlahət Əsgərova Mrcr Art Limited” adı ilə Londonda başqa bir şirkət təsis etmişdi. Bu şirkətin adı isə “Gazelli House Limited” (!) olaraq dəyişdirilib”.

Jurnalist şirkətlərin adının dəyişməsini Cahangir Əsgərovun iz qarışdırması kimi dəyərləndirib.

Şərhlər

Həbib 2021-03-27 14:29:08

Anası yunan bəlkə başqa..................olub. Ona görə dilimizə nifrət edir

RT 2021-03-21 03:30:39

Indi noolacaq ?

Qonşu 2021-03-20 23:01:09

Anası yunan olub. Atası qarabaģlı. Zorge parkının yanında S. Vurģun kūçəsində böyūyūb.

Vətəndaş 2021-03-20 20:23:53

Bu adamın milliyətini yazın görək kimdir bu?

Sıravi vətəndaş 2021-03-20 16:31:51

Ay bala, onlara hər yerdə yaşıl işıqdır. Sizə nə .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol