Menu

İranda 7,5 mindən çox yeni yoluxma və 75 ölüm faktı qeydə alındı

20.03.2021, 20:45
İranda 7,5 mindən çox yeni yoluxma və 75 ölüm faktı qeydə alındı

İranda ötən sutka ərzində 7 540 nəfər koronavirisa yoluxub və infeksiyadan daha 75 nəfər ölüb. Virtualaz.org bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların ümumi sayı 1 793 805, ölənlərin sayı isə 61 724 nəfərə çatıb.

Virus daşıyıcılarından 3 849 nəfərin vəziyyəti hazırda ağır olaraq qiymətləndirilir.

Sadat Lari onu sa qeyd edib ki, İranda indiyədək 1 536 606 nəfər koronavirusdan sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol