Ermənistanda son sutkada daha 586 nəfər COVID-19-a yoluxub. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 183 713-ə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 16 nəfər artaraq 3 348-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 857 nəfərdir. İndiyədək 168 289 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 11 219 aktiv koronavirus xəstəsi var.
Gürcüstanda isə son sutkada daha 262 nəfərdə koronavirus aşkarlanıb, 189 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 277 480-ə, sağalanların sayı isə 269 973-ə çatıb.
Son 24 saat ərzində xəstəlikdən vəfat edənlərin sayı 9 nəfər artaraq 3 700 olub.


Şərhlər