Menu

Amsterdamda polis etiraz aksiyasını dağıdıb, onlarla insan saxlanılıb

21.03.2021, 21:51
Amsterdamda polis etiraz aksiyasını dağıdıb, onlarla insan saxlanılıb

Amsterdamda polis koronavirus üzrə məhdudlaşdırıcı tədbirlərə qarşı icazə olunmamış nümayişin dağıdılması üçün su şırnağını tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə Niderlandın NOS yayım korporasiyası bildirib.

Amsterdamda Muzey meydanında COVID-19 üzrə məhdudlaşdırıcı tədbirlərə qarşı icazə olunmamış etiraz aksiyası keçirilib. Aksiyada yüzlərlə insan iştirak edib. Polis aksiyaçıları dağıtmaq üçün su şırnaqlarını tətbiq edib. Aksiya zamanı 58 nəfər saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol