Menu

Son sutkada koronavirusa 393 mindən çox yoluxma qeydə alınıb

24.03.2021, 09:59
Son sutkada koronavirusa 393 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 393 531 nəfər koronavirusa yoluxub, 7151 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 123 419 065 yoluxma hadisəsi, 2 719 163 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 41 faizdən çoxu Avropanın (162 860) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (122 262) ilə Cənub-Şərqi Asiya (50 380) bölüşür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol