EYYUBOVLA PİRVERDİYEV DƏ ŞƏRİKMİŞ... - 344 hektar torpaq sahəsi əldən-ələ necə keçib? + FOTOLAR

Azərbaycanda uzun illərdir ki, məmur-oliqarxiyasının hansı “xarüqələr” yaratdığının şahidi oluruq. Demək olar bütün iri bizneslərin, şirkətlərin arxasından hansısa yüksək çinli məmurun adı çıxır.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli Baş nazirin birinci müavini Yaqub Eyyubovun "Azərenerji"nin keçmiş rəhbəri Etibar Pirverdiyevlə şərikliyi barədə maraqlı məlumat paylaşıb.

Məlumatda təkcə bu iki şəxsin deyil, Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzliyə yaxın olduğu iddia edilən iş adamının da adı keçir: “Bir neçə gün öncə Baş nazirin birinci müavini Yaqub Eyyubovun Qusarda böyük torpaq sahələri və fındıq bağları alması haqqında yazmışdım.

Bununla bağlı bəzi təfərrüatlar məlum olub. Yaqub Eyyubov həmin bağları və torpaq sahələrini "Azərenerji"nin keçmiş rəhbəri Etibar Pirverdiyevlə şərik alıb. Söhbət ümumilikdə 344 hektar sahədən gedir. 

Onun 98 hektarı Qusarın Çubuqlu, 246 hektarı Həsənqala kəndinin torpaqlarını əhatə edir. Hansı ki, həmin ərazilər adıçəkilən kəndlərin sakinlərinə məxsus olub və xeyli əvvəl "QRANT QARDEN" MMC tərəfindən zəbt edilib.

"QRANT QARDEN" MMC-nin sahibi Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı kimi tanınan zəngilanlı işadamı Xaliq Abbasovdur. Xaliq Abbasovun müxtəlif şəxslərin adına banklara böyük miqdarda borcu olduğu haqqında dəfələrlə məlumat yayılıb. Görünür, Xaliq Abbasov bu səbəbdən torpaq sahələrini Yaqub Eyyubova satmalı olub.”

Cəlal

“AzPolitika.info”













635x100

Şərhlər

Türk 2021-03-27 07:05:26

Yəqin ki bu məmuların bir hissəsini də birləşdirən erməni qohumluğu olmaqdır

Akif 2021-03-25 16:26:23

Memurlarin 95faizi bir biri ile qohumlaridir.ixtisar edin!

Eli 2021-03-25 14:24:04

Qeribe adamlar var e,bu adam o böyüklükde vezife tutur acından ölmelidir.Bunun yeyib içmeyi ,istiraheti kegi rylencesi xarici seferleri ve s.var.Bu neylemelidi quru maaşa dolanmalıdı.Qeribe adsmlar var e.

A.Məmmədov 2021-03-25 13:17:45

Ölkəni idarə edən bu şeyləri gözəl bilir. 2004-cü ildə Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə “özünü iyrənc” rüşvətxor adlandıran Hacıbala Abutalıbovun həbs edilməsi barədə iclasdan dərhal sonra Baş Prokurora məktub göndərdim. Məktubu qeydiyyata salmadan H.Abutalıbova verdilər. 2011-ci ilə kimi Hacıbala məni işdən çıxarmaq üçün bəhanələr axtardı. Nəhəyət ki, tapdı. Bəhanənin məğzi bundan ibarətdir: Guya Hacıbalanın rüşvətxor olduğunu Azərbaycanda təkcə mən bilirmişəm, bu faktı Q.İsaqov adlı şəxsə ötürmüşəm və o da “Xural” qəzetində “Hacıbala bir nömrəli rüşvətxordur” məqaləsini çap etdirib və bundan sonra bütün Azərbaycan əhalisi Hacıbalanın rüşvətxor olduğunu bilib. Qanunsuz işdən azad olmağım barədə on ildə Prezidentə 2040 dəfə müraciət etmişəm və bu müraciətlərin hamısını qeydiyyata aldırmışam. Heç bir tədbir görülməyib. Çünki rüşvətxorluğa qarşı mübarizə aparan yoxdur. Ona görə də özünüzü yormayın! Şou düzəldirsinizsə, bu başqa məsələ!

F 2021-03-24 21:44:10

Guya bunu müvafiq qurumlar bilmrdi? ..... torpaqları mənimsənilib...

oxucu 2021-03-24 18:28:57

Haminin tanidiqi, yuksek vezifede olan talanchilari, niye hebs etmirler ?

Xalq 2021-03-24 18:16:04

həyat bunlarındı. Biz isə sürünməliyik!

ELSAD 2021-03-24 14:47:55

Dovlet orta ve xirda sahibkarligi iillerdir her cur vergilerden azad edir. Bundan yararlanan iri torpaq sahibleri daha da varlanirlar. Ustelik iscilere verilen emek haqlari xeyli az gosterilir,onlarin gundelik is saatlari da qanunvericilikde yazilandan cox olur.Maraqlisi da odur ki, yerli vergi ve Emek mufettisliyi qurumlarinin bundan xeberleri var...

Son yazılar