Menu

Hikmət Hacıyev erməni kilsəsinin sökülməsi iddialarına münasibət bildirib

25.03.2021, 15:49
Hikmət Hacıyev erməni kilsəsinin sökülməsi iddialarına münasibət bildirib

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair KİV-də yayılan xəbərlərə münasibət bildirib.

“Report” xəbər verir ki, o, bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.

“2017-ci ildə XİN sözçüsü kimi işləyərkən işğal altında olan, əvvəllər ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda qanunsuz olaraq ibadətgah tikilməsi barədə açıqlama vermişdim. Orada qeyd etmişdim ki, Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edildiyi bir vaxtda belə dini abidənin inşası xristianlığın təməl prinsiplərinə ziddir”, - Prezidentin köməkçisi vurğulayıb.

Şərhlər

Azim Əlioqlu 2021-03-25 17:53:22

Mən Kamran bəyin fikrini tam dəstəkləyirəm. Hər bir Azərbaycan kişisi geyim tərzinə diqqətlə yanaşmalıdır. İnanın ki orada olan kər kəs içində deyinib ki bu niyə şortikdə bura buraxılıb. Əhsən! Qanun vilə qayda arasında fərqi öyrənsələr bunu anlayarlar

Xalq 2021-03-25 16:08:38

Cəbrayılda heç vaxt erməni olmayıb, bəs niyə tikmişdilər o kilsəni? Əlbəttə erməni xislətinin bir adətidir! Həmişə ara-qarışdırmağa çalışırlar!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol