Menu

Fatih Terim və köməkçisi cəzalandırıldı FUTBOL

25.03.2021, 22:11
Fatih Terim və köməkçisi cəzalandırıldı FUTBOL

Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi Fatih Terim və köməkçisi Ümit Davala cəzalandırılıb.

"Report"un məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib. Hər iki mütəxəssis 2 oyunluq diskvalifikasiya olunub və 13 000 türk lirəsi (2 775 manat) məbləğində cərimələnib.

Onlar Superliqada XXXI turun "Rizespor"a 3:4 hesablı ev məğlubiyyəti ilə bitən oyunundan sonra hədə-qorxu gəlməkdə ittiham olunublar. Terim və Davala "Hatayspor" və "Fatih Karagümrük"lə növbəti oyunlarda paltardəyişmə otağı və ehtiyat oyunçular skamyasında yer ala bilməyəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol