Menu

“Yoluxma bu templə artsa...” - Komitə sədrindən xəbərdarlıq

25.03.2021, 22:30
“Yoluxma bu templə artsa...” - Komitə sədrindən xəbərdarlıq

"Rayonlara gediş-gəlişin artması, insanların bir yerdən, digərinə miqrasiyasının sürətlənməsi koronavirusun da miqrasiya etməsinə gətirib çıxaracaq”.

Bu barədə Modern.az-a Novruz bayramı ilə əlaqədar insanların rayonlara gediş-gəlişinin artmasından danışarkən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. 

Deputat qeyd edib ki, Novruz bayramı ilə əlaqədar insanların gediş-gəlişi də artıb: 
"Novruz çərşənbələrində "Qara bayram”la əlaqədar qəbir üstünə gedənlər, ölənləri ziyarət edənlər çox oldu. Bu il Vətən Müharibəsində şəhid olan hərbçilərimizin məzarlarına kütləvi ziyarətlər də old. Ona görə, bu kimi kütləvi tədbirlər virusa yoluxmanın artmasına səbəb oldu. Bu bizi çox narahat edən məsələdir. Artıq gündəlik yoluxma 1500-ə çatır. Məsuliyyət hissimiz artmalıdır. 

Rayonlara gediş-gəlişin saxlanması o demək deyil ki, maska taxmayaq, məsafəni gözləməyək, vaksinasiya olunmayaq. Arzulamarıq ki, sərt karantin geri qayıtsın. Lakin bu templə yoluxma artsa, hökumət ciddi addımlar atmaq məcburiyyəti qarşısında qalacaq. İndi yeni – "Britaniya ştammı” da aşkarlanıb. Qoruyucu tədbirləri gücləndirməli, məsuliyyətli olmalıyıq. Kütləvi toplaşmadan qaçmalı, vaksinasiyaya qoşulmalıyıq”.

Şərhlər

boz 2021-03-26 19:28:12

Camaat əvvəl necə idisə indi də elədir,3-4 aydan bir yeni virus yayılır,camaat neyləsin,maska ilə qarşısını almaq olsaydı xəstəlik çoxdan qurtarmışdı.Guya hər dəfə camaat özünü pis aparır,ona görə xəstəlik artır...

.EJDER 2021-03-26 10:45:37

YALAN DANIWANA LEHNET

Helime 2021-03-26 04:57:55

Men dunen rayondan qayitmisham. 3 rayonda oldum, teessuf ki, hech birisinde ne maska taxan gordum, ne de hansisa qaydalara emel eden. Restoranlarda bir ofisiantin bele maskasi yoxdur. Maskani yalniz bakidan geden taxir. Rayon ehalisi chox laqeyd yanashir.

t.ədalət 2021-03-25 23:51:25

Heç yerə gediş-gəliş artmayıb.Əhali ehtiyac içərisində boğulur.Yoluxmanın artmasına səbəb əhalinin sağlamlığının aşağı həddə qorunması,xəstəxanalarda xəstələrə heç bir qulluq göstərilməməsidir.Biz bunu xəstələrin mətbuatdakı çıxışlarından görürük.Apteklərdəki bahalıq kasıb əhalinin özünü qorumasına imkan vermir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol