Menu

Rusiya FHN-in helikopteri qəzaya uğrayıb

26.03.2021, 00:27
Rusiya FHN-in helikopteri qəzaya uğrayıb

Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus “Ka-32” helikopteri Kalininqrad bölgəsindəki Kurşsk körfəsininin hövzəsində təlim uçuşu zamanı qəzaya uğrayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

İlkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb. İki nəfər xilas edilib.

Hazırda yaralılar və ölənlər haqqında məlumat dəqiqləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol