Menu

ABŞ əsgərlərinin maya qədər Əfqanıstandan çıxarılması mümkün olmayacaq

26.03.2021, 00:33
ABŞ əsgərlərinin maya qədər Əfqanıstandan çıxarılması mümkün olmayacaq

ABŞ rəhbərliyi 1 mayadək əsgərlərinin Əfqanıstandan çıxarılmasında çətinliklərlə üzləşir. Lakin hazırda onları gələn ilə qədər Əfqanıstanda saxlamaq barədə planlar yoxdur.

“Report”un məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden deyib.

Onun sözlərinə görə, buna səbəb taktiki məsələlərdir. Bayden ABŞ-ın müttəfiqləri ilə bu mövzuda məsləhətləşmələr apardığını da bildirib: “Biz çox qalmayacağıq. Gedəcəyik. Sual budur ki, nə vaxt gedəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol