Azərbaycanda son 30 ildə hər 1000 nəfərə düşən doğum göstəricisi 2 dəfə azalıb, ölüm sayı 24,6 faiz artıb, təbii artım təxminən 4 dəfə azalıb.
Bu haqda statistik araşdırmanı Bakı Araşdırmalar İnstitutu (BAİ) aparıb.
1990-2020-ci illərdə Azərbaycanda əhalinin tәbii artım, doğum və ölüm səviyyəsinin statistikasını araşdıran zaman BAİ-yə məlum olub ki, 1955-ci ildən sonra demoqrafik baxımdan ən pis vəziyyət 2020-ci ildə qeydə alınıb. Ötən il hər min nəfərə düşən təbii artım 5,1 nəfər olmaqla son 75 ilin ən aşağı göstəricisidir. Hər 1000 nəfərə düşən doğulanların sayı 12,7 nəfər olmaqla son 76 ilin ən aşağı, ölənlərin sayı 7,6 nəfər olmaqla son 65 ilin ən yüksək göstəricisidir.
Rəsmi statistikaya görə, 2020-ci ildə 126571 nəfər, ölənlərin sayı 75647 nəfər olub, təbii artım 50924 nəfər təşkil edib.


Şərhlər
Qazanc yox,uşaq pulu yox. Uşağı dünyaya gətirib saxlamaq böyütmək lazımdır. Hansısa qara qüvvələr kökümüzü kəsməyə çalışırlar. Çox olmağımız bu məmurlara sərf etmir. Neft-qaz pulunu tək yemək fikrindədirlər
Üzü qara olsun belə məmurların
,,uwaq pulu,,vermemek ucun illerdi ki,cefenq melumatlarlarla baw alladerler
Bu bir başa insanların maddi təminatının sürətlə aşağı salınmasının nəticəsidir ki, ölkə hakimiyyəti bu sahəni unudub,insanların yaşayış tərazi,dolanışıq səviyyəsi ilə maraqlanmamasının nəticəsidir.Çünki Ailə başçıları maliyyə çətinliyi üzündən yeni denyayagələcək döllərini erkən məhv etmək məcburiyyətində qalıblar.Dövlət bu sahəni unudub.
təbii artım 4 dəfə azalıbsa bu çox pis məlumatdır, azalmağa doğru gedirik!
Keçən шд doğulanlanlar 213986 nəfər; ölənlər 70500 nəfər;artım 143000 ...., ən böyük artım 50-60 illərdə 3,5%,indiki artım 1.45%,bu təbii ki azdır,ancaq bu məlumat da cəfənqiyyətdır