Qax Dövlət Təbiət Yasaqlığı ərazisində əcnəbi turistlərin qurduğu çadırlar sökülüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın yaydığı bəyanatda deyilir.
Bildirilib ki, cəmiyyətdə narazılığa səbəb olan ekoloji problem müvafiq qanunlar çərçivəsində həll edilib.
Şura ölkə ictimaiyyətinə məsələnin geniş müzakirəyə çıxarılmasına görə təşəkkür edib.
Qeyd edək ki, Qax Dövlət Təbiət Yasaqlığı ərazisində - Acınohurda ərəblərin nadir quşları və heyvanları ovlamasını əks etdirən görüntülər yayılmış, buna ictimaiyyət tərəfindən kəskin reaksiya göstərilmişdi.
Ərəb turistlər müvafiq qaydada cəzalandırılıb.


Şərhlər
Qarabağ döyüşlər zamanı girmişdilər çıxdıqları yerə .Kim icazə verib? onlara icazə verənlər aparsınlar xarabasındakı villasına,nə qədər ovlayırlar ovlasınlar.Azərbaycan torpağı onların dədəsinin torpağı deyil. Bu torpağın sahibi XALQDIR.
Gülməli məlumatlar verməklə ölkənin banan ölkəsi olduğunu sübut edirsiniz.Bu Ərəb "turistləy"göydən heç kim görmədən Qaxda peyda olublar.hətta özləro ilə çadır gətirib qurublar.AZərbaycan gömrüyünün,Sərəd Xidmətinin,Daxili işlər Nazirliyinin,onlara viza vermiş XİN-nin,DTX-in xəbəri olmayıb ki, bu "Turistlər" haradan gəlib,niyə gəlib.haradadrlar və nə ilə məşöuldurlar?Yaxşı olardı ki, bunlara bu dəvəti verənləri.onları orada yerləşdirənləri və nəzarətdən kənar saxlayanları ifşa edsiniz.t
WURA TEWEKKUR EDIF,AYE KAMALA TEWEKKUR ELESIN,VIRUSU YAYDIQINA GORE,ANALOQU OLMAYAN NATEMIZLAR