Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisinə daxil olan milli park və qoruqlardakı su hövzələrində qanunsuz olaraq ovçuluqla məşğul olan, adı “Qırmızı Kitab”a düşən quşları ovlayan şəxslərə qarşı cari ilin aprel ayından başlayaraq daha da intensiv mübarizə tədbirlərinə start veriləcək.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Həmçinin idarənin əməkdaşları tərəfindən qanun pozuntusuna yol verərək Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə, eləcə də əməliyyat tədbirləri mütəmadi olaraq davam etdirilir.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Şərhlər
“Qırmızı Kitab”a düşən quşları ovlayan ərəbləri, dərhal həbs edin, ən azi 20 il həbs cəzasina məhkum edin, və ciddi xəbərdarliq edin hokumətin bəzi rəsmi məmurlarini, hansilar ki, Bakida ərəblərin SEKS - TURIZM ilə məşqul olmaqina, .......... ŞERAIT YARADIRLAR, bu kimi meneviyatsiz, alchaq , eclaf, exlaqsiz memurlar, vezifelerinden DERHAL QOVULMALIDIRLAR, MUTLEQ ve MUTLEQ. Xain, satqin, eclaf, cinayetkar, talanchi, oqru memurlar , HOKMEN , XALQ TEREFINDEN, MEHKEMELERDE MUHAKIME OLUNARAQ, AQIR CEZALARINI ALACAQLAR, MUTLEQ .
Nə qədər mənasız məlumst"Sy kişi ərəbləri vəyəndaşlar çağırıb,ov təşkil edir? Niyə bu adamlar ifşa olunub ortaya çıxarılmır?Axı bu əməliyyatı təşkil edənlər olmasa ərəb nə bilir Azərbaycanın harasında nə var.
Arxadan atilan dash