Menu

12 yaşlı yeniyetmə intihar edib

27.03.2021, 16:49
12 yaşlı yeniyetmə intihar edib

Ucar rayonunda 12 yaşlı yeniyetmə intihar edib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

t.ədalət 2021-03-28 11:30:32

12 yaşlı uşaq nə bilir ki,intihar nədir?Ciddi istintaqa ehtiyac var.

Nazim 2021-03-27 17:26:14

SOSİAL PROBLEMLƏR, ACLIQ,YOXSULLUQ!!!!!!!!!!!!!!!!!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol