Ermənistan və Azərbaycan sərhədindəki sərhəd zastavaları hazırda SSRİ-nin 1975-1976-cı illərdəki hərbi xəritələri əsasında yerləşdirilib.
Bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan “Azadlıq” radiosuna (Azatutyun) müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, sərhədlərin son delimitasiyası və demarkasiyasına qədər müvəqqəti yerləşdirmədir. O, qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası üçün ikitərəfli münasibətlərin olması zəruridir.
Avinyan bu prosesin uzun vaxt ala biləcəyini vurğulayıb.
“Biz hələ Gürcüstanla bu prosesi tamamlamamışıq. Ancaq gec-tez bütün qonşularımızla bu prosesi keçməliyik”, - deyə erməni nazir müavini bildirib.


Şərhlər
Sovetlər dövründə bizim xeyli ərazilər ermənilərə verilib.Biz,heç olmasa 1920-ci ilə qədərki xəritələrə uyğun sərhədlərimizi müəyyənləşdirməliyik.Azərbaycan kommunist partiyasının başçılarının korluğu və erməniliyi nəticəsində itirdiyimiz ərazilərə sahib çıxmalıyıq.Xankəndinə erməniləri yerləşdirən işğalçı Rusiyanın əli ilə ermənistandan çıxan azərbaycanlıların torpaq haqqı bərpa olunmalıdır.