Menu

Ukrayna bu gündən Moskva vaxtına keçib

28.03.2021, 08:36
Ukrayna bu gündən Moskva vaxtına keçib

Ukraynada bazar günü 03:00-da vaxt bir saat irəli çəkilib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ali Rada qərar qəbul edib.

Ali Rada spikerinin birinci müavini Ruslan Stefançuk bunun Rusiya faktoru ilə əlaqələndirilməsinin düzgün olmadığını deyərək, fikrini geosiyasi baxımdan əlaqələndirib.

O bildirib ki, Ukrayna ərazisinin 95% -i UTC + 2 saat qurşağı məkanında yerləşir.

Qeyd edək ki, Ukraynada ildə iki dəfə mövsümi saat dəyişikliyi olurdu.

Xatırladaq ki, Ukraynada ilk dəfə saatın əqrəbi 1981-ci ildə 1 saat irəli çəkilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol