Menu

Rusiyada məşqçi komandasının oyunu zamanı öldü

28.03.2021, 21:52
Rusiyada məşqçi komandasının oyunu zamanı öldü

Basketbol üzrə Sankt-Peterburq şəhərinin qadınlardan ibarət komandasının məşqçisi oyun zamanı ölüb. TASS xəbər verir ki, Viktor Korolyov 53 yaşında olub.

O, Rusiya birinciliyinin bürünc medalları uğrunda keçirilən qarşılaşma zamanı dünyasını dəyişib.

"Sankt-Peterburq-1" və "Moskva-3" komandaları arasındakı görüş birincilərin məşqçisinin huşunu itirməsilə əlaqədar 9-cu dəqiqədə dayandırılıb.

Mərhumun ölüm səbəbi açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol