Menu

"Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb" - Deputatdan maraqlı açıqlama

29.03.2021, 12:24
"Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb" - Deputatdan maraqlı açıqlama

“Artıq Ermənistan Azərbaycana dəymiş ziyanı ödəməyə başlayıb. Bunu təsdiqələmək üçün üçtərəfli bəyanata baxmaq kifayətdir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Məhkəmə-Hüquq Şurasının üzvü Nizami Səfərov “Müharibə və soyqırım cinayətləri beynəlxalq hüquq kontekstində” adlı dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, artıq Ermənistan dəymiş ziyanın ödənilməsinin birinci hissəsini yerinə yetirir: “Ölkəmiz ərazisindən öz qoşunlarını çıxarır. Kompensasiya ilə bağlı da dövlətimiz tərəfindən müvafiq araşdırmalar aparılır və müvafiq addımlar atılır”.

N.Səfərov bildirib ki, Azərbaycanın mədəni sərvətlərinə vurulmuş ziyan ümumiyyətlə, dəymiş ziyanın qiymətləndirilməsi konteksində qiymətləndirilməlidir: “Azərbaycan ərazisindən çıxarılan mədəni sərvətlər də özümüzə qaytarılmalıdır. Bu işdə UNESCO, BMT, istərsə də ayrı-ayrı Qərb ölkələri iştirak etməlidirlər. Mədəni irsə vurulan ziyan ödənilməlidir. Belə cinayətlər törədən şəxslər ədalət mühakiməsi qarşısında cavab verməlidir. Təəssüf ki, bu sahədə də biz ikili standartların şahidiyik”.

Deputat onu da vurğulayıb ki, Ermənistan iştirakçısı olduğu konvensiyaların şərtlərini, tələblərinin total şəkildə pozur: “Ermənistan beynəlxalq hüquqa məsuliyyətsiz yanaşır”.

Maraqlıdır Nizami Səfərovda Ermənistanın dəymiş ziyanın ödənilməsinin birinci hissəsini yerinə yetirdyinə dair məlumat hardandır?

Şərhlər

Senan 2021-03-30 08:37:31

Yazıq yəqin yuxu görūr

BAKILI 2021-03-29 16:30:31

Belesinii deputat teyin edirler

tofiq 2021-03-29 16:05:13

Deputatdır da. O da bir söz deyib deyib müğənnilər kimi gündəmə düşmək istəyir.

Xalq 2021-03-29 15:49:46

əcəbdi! hanı bəs?

......yaziq " deputata " .... 2021-03-29 15:36:40

Bu " deputat " 100 % oz YUXUSUNDA GORUB ki, dqalar - haylar, Azerbaycana deymish zereri odeyibler ???????????

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol