90-cı illərdə Qarabağda çoxsaylı cinayətlər törətmiş general-mayor Arkadiy Ter-Tadevosyandan (Komandos) xəbər var. Musavat.com erməni mediasına istinadən bildirir ki, “Erebuni” tibb mərkəzinə çatdırılan Ter-Tadevosyanın səhhətində ciddi problemlər var.
Xatırladaq ki, general-mayor 1992-ci ilin mayında Şuşanın işğal alınması zamanı həyata keçirilən “Dağlarda toy” əməliyyatına rəhbərlik edib və “Meşə tülküsü” adı ilə tanınıb.
Bir neçə il əvvəl həmin bu “Meşə tülküsü” Azərbaycanın Ermənistana sarsıdıcı zərbə vura biləcəyini qəti şəkildə istisna etmişdi.
“Rusiya və Türkiyə biri-birilə yaxınlaşdığı üçün Azərbaycana Ermənistanla döyüşməyə imkan verməz. Ona görə də narahat olmaq lazım deyil”- deyə, o, öz-özünə təskinlik verməyə çalışmışdı.


Şərhlər
Az qalıb Qarabağda ilişib qalan zir-zibilləri ruslarla birlikdə cəhənnəmə vasil edəcəyik.
Belə görünür ki, ermənilər özləri təklif etsələr də biz daha Yırtıcı Baş Canavarlara da ləqəb verməklə tarixin ən vəhşi cinayətinə görə mühakiməsindən kənarda saxlayacağıq?
bu qatlin yeri cəhənnəmdir!
Gorbagor olsun
aye ne komondos,biz hemiwe rusla vuruwmuwuq,diqalar qorxaq ,yaramazdilar.rus istifade edenden sora bunlari atacaq tarixin zibillliyine,erjder cani
Mence adqoymada yanlışlığa yol verilib,buna “ meşe çaqqalı” adı daha çox yaraşar,çünki tülkünün heç olmasa derisi quyruğu neyese yarıyar,çaqqal ise heç neye.
Deyir sen saydığını say gör felek ne sayır.İnşaallah Allah zalımların cezasını vaxtı çatdıqca verecek İnşaalah.