Menu

İran Xəzər dənizində süni ada yaradacaq

30.03.2021, 12:33
İran Xəzər dənizində süni ada yaradacaq

İranın Mazandaran vilayətinin Noşəhr şəhərində Xəzər dənizində ilk süni adanın yaradılmasına lisenziya verilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Mazandaran vilayətinin Noşəhr rayonunun bələdiyyə sədri Əli Əmani bildirib.

O deyib ki, “Negin” parkının qarşısında yaradılacaq adanın dizaynı və ilkin araşdırmaları “Pars Sazeh Şirkəti” tərəfindən həyata keçirilib.

Bələdiyyə sədri qeyd edib ki, adanın dənizdə yaradılmasına dövlət və özəl investorlar cəlb olunacaq. Bunun üçün artıq elan verilib.

O vurğulayıb ki, sahildən 1 kilometr məsafədə yerləşəcək adanın ərazisi 18 hektardır. Adada 300 əyləncə qayığının qəbulu, 5 ulduzlu hotel, dəniz restoranı, luna park, idman və əyləncə mərkəzi, konfrans zalı və digər obyektlərin tikintisi nəzərdə tutulub.

Şərhlər

t.ədalət 2021-03-30 20:34:49

Təəssüf ki İran mollaları bilmir ki,dənizə düşən hər hansı bir yad cismi dənizin faunası yüz illərə qəbul edə bilmir.Elə Azərbaycanda da Qum adası istiqamətində Xəzərə istifadəyə yararsız zibilləri töküb restoranlar qururlar.Bir azdan balıqlar sahildən 30-40 km içəriyə çəkiləcəklər.Bunların üzərinə Araz Ağalarovun dəniz kənarlarını zəbtini də əlavə etsək,dəhşətli bir mənzərə alınar.İş o yerə çatıb ki,Araz Ağalarov DTX-ya məxsus istirahət guşəsini də yaralayıb.Bir azdan "Bilgəh" sanatoriyasını da sahildən kənara atacaqlar.Amma hara kimi?Ardımızca gələn əcəl mələyinin də səbrinin tükəndiyi vaxt olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol