Menu

Xankəndində ermənilər arasında dava düşüb

30.03.2021, 14:17
Xankəndində ermənilər arasında dava düşüb

Azərbaycanın Xankəndi şəhərində “Sofiya” ticarət və əyləncə mərkəzində ermənilər arasında baş verən dava-dalaş nəticəsində 3 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “news.am” yayıb.

Bildirilib ki, Ermənistanın Ararat vilayətinin 31 yaşlı sakini M.Akopyan, Yerevanın 44 yaşlı sakini A.Karapetyan və Xankəndinin 39 yaşlı sakini S.X. arasında mübahisə sonradan bıçaqlanma ilə davam edib. Nəticədə Ermənistan vətəndaşları müxtəlif dərəcəli bıçaq yarası alıb, Xankəndi sakininin isə burun sümüyü sınıb.

Hadisənin səbəbi araşdırılır.

Şərhlər

Əyyar 2021-03-30 17:54:14

Görəsən, Ermənistan vətəndaşları Azərbaycana necə keçib? Hıy?

Azad 2021-03-30 14:29:40

Ermənistan ordusunun 3 nəfərlik əliyalın, ayaqyalın payi-piyada qoşun birləşməsinin Xankəndinin tən ortasında keçirdiyi yüldək səviyyəli komanda döyüş hazırlığı təlimlərindən cıqqılı fraqment...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol