Menu

“Azərsu” ASC-nin idarə rəisi cərimələndi

30.03.2021, 14:19
“Azərsu” ASC-nin idarə rəisi cərimələndi

“Azərsu” ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynov işçini qanunsuz işdən çıxardığına görə cərimələnib.

“Report”un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ona İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə cərimə yazıb.

Bu əmələ görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir.

Cərimə protokolu ilə razılaşmayan Xürrəm Hüseynov məhkəməyə müraciət edib. Şikayətə Binəqədi Rayon Məhkəməsində baxılacaq.

Şərhlər

Şəkili 2021-03-30 21:06:24

Şəki Su İdarəsinə sənədləmə işindən başı çıxmayan Teymur adlı şəxsi abunə şöbəsinə müdir təyin ediblər.. Çox biabırçılıqdır, sənədləşmə nə olduğunu bilmir ?

Siyavuş 2021-03-30 15:58:21

Zərdab su kanal idarəsinin xəbəri olan yoxdu.Müdir Romil idarənin trubalarını 30 nimə satdı. İşə 5 minə adam götürür. 200 manata kimə istəyir levi su xətti çəkir.Hər ay İH başçının köməkçisinə 5 min verib bildiyini edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol