Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus peyvəndləri ilə bağlı daha bir açıqlama yayıb.
Təşkilat bəyan edib ki, mövcud peyvənd dozalarının yüzdə 76 faizi yalnız 10 ölkənin istifadəsindədir. Başqa sözlə, 100 ədəd peyvənddən 76-sı 10 ölkə arasında bölüşdürülərək, dünyanın qalan hissəsinə peyvəndlərin sadəcə yüzdə 24-ü düşüb.
İndiyə qədər 576 milyon doza peyvəndin istehsal edildiyini vurğulayan ÜST, bunun sadəcə 32 milyonunun Covax təşəbbüsü çərçivəsində 60 yoxsul ölkəyə paylandığını diqqətə çatdırıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş katibi Tedros Adanom Gebreisus "Qlobal böhran qlobal cavablar tələb edir. Qlobal həll həmrəylikdən başlayır" sözləri ilə zəngin ölkələrin bu siyasətini tənqid edib.
Güntəkin
“AzPolitika.info”


Şərhlər