İki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən sabiq hakimin cinayət işi üzrə məhkəmə davam edir. Maraqlıdır ki, bu dəfə də məhkəmə araşdırmaya başlaya bilməyib.
Musavat.com xəbər verir ki, uzun müddət Bakı Apelyasiya Məhkəməsinin və son olaraq Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Ədil oğlu Nəbiyev külli miqdarda dələduzluqda ittiham edilir.
Sonuncu prosesdə Lətif Nəbiyevin yeni vəkillə müqavilə bağladığı məlum olub. Vəkil isə cinayət işi materialları ilə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib.
Bu isə zərərçəkmiş şəxslərin narazılığına səbəb olub. Zərərçəkmişlər Lətif Nəbiyevin məqsədli şəkildə işi uzandığını bildiriblər.
Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.
L.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə...)
Qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyevin səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.
Açılan cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri olan Azad İbrahimova 247 min 500 dollar Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər dəydiyi müəyyən edilib.
Lətif Nəbiyev Rüstəm Abdullayevdən iş qurmaq adı ilə pul alıb.
Digər zərərçəkmiş Azad İbrahimovla qohum olan Lətif Nəbiyev ondan 247 min 500 dolları Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alıb.
Qeyd edək ki, sabiq hakim Lətif Nəbiyev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.


Şərhlər
5 man. çolpa oğrusu içəridə,yarım milyonluq dələduz evində?