Menu

Jurnalistin xəsarət aldığı qəza ilə bağlı rəsmi məlumat

17.10.2014, 13:16
Jurnalistin xəsarət aldığı qəza ilə bağlı rəsmi məlumat

Binəqədi rayonunda ağır yol qəzası baş verib

Bakı şəhər Baş Polis İdarəsi bu gecə Binəqədi rayonunda baş verən avtomobil qəzası ilə bağlı məlumat yayıb.

İdarədən daxil olan məlumatda bildirilir ki, oktyabrın 16-sı saat 23:50-də Binəqədi rayonu, Cavadxan küçəsində 1981-ci il təvəllüdlü Rəşad Kərimovun idarə etdiyi “Grand Cerokki” və 1975-ci il təvəllüdlü Sevil Abbasovanın idarə etdiyi “Lifan” markalı avtomobillər toqquşub.

Qəza nəticəsində S.Abbasova hadisə yerində ölüb. Sərnişinləri və digər sürücü isə KTM-ə yerləşdirilib.

Qeyd edək ki, yaralılar arasında tanınmış yazıçı-publisist Pərviz Cəbrayılın qardaşı Nahid Cəbrayıl da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol