Menu

7 dost 7 əsgər oldu...

31.03.2021, 14:19
7 dost 7 əsgər oldu...

“Könüllü əsgər” Azərbaycan Respublikası Gənclər Fondunun maliyə dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin ərsəyə gətirdiyi vətənpərvərlik mövzusunda bədii-sənədli filmdir.

36 dəqiqəlik filmdə Böyük Zəfərimizlə başa çatmış 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman döyüşçülərdən, onların analarından, doğmlarından, qazilərdən bəhs edilir, eləcə də hakimiyyətlə xalqın sarsılmaz birliyindən söz açılır.

Filmdə real və tarixi qəhrəmanlar, qazilər və ziyalılarla yanaşı, həm də həqiqi hərbi xidmətini məhz Qarabağda keçmək arzusu ilə alışıb-yanan yeddi gəncin əsgərə və bir xanımın hərbi tibb bacısına çevrilməsi də səhnələşdirilib. Onlar rəmzi şəhid anasının xeyir-duası, öyüd-nəsihətini alaraq, düşməndən azad olunmuş doğma Qarabağımızın keşiyində durmağa yola düşürlər.

“Könüllü əsgər” filmində həmçinin Cəbrayıldakı evlərinin açarını 27 il göz bəbəyi kimi qoruyub saxlamış Fitat xalanın, zabit şücaəti və xanəndə kimi ifası ilə dastana çevrilmiş şəhid Xudayarın da canlı görüntüləri yer almışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol