Oktyabrın 17-də Rusiya və Ukrayna prezidentləri Milanda işgüzar səhər yeməyində bir araya gəliblər.
“Media forum” saytı xəbər verir ki, saat yarımadək çəkən görüşdə İtaliyanın və Böyük Britaniyanın baş nazirləri, Almaniya kansleri, Fransa prezidenti, Avropa Komissiyasının və Avropa İttifaqı Şurasının rəhbərləri də iştirak edib.
Bu gün Milanda “Asiya-Avropa” Forumunun 10-cu sammiti başa çatır. Rusiya və Ukrayna prezidentlərinin görüşü bu sammit çərçivəsində baş tutub.


Şərhlər