Menu

Ermənistanda nazir istefa verib

31.03.2021, 15:14
Ermənistanda nazir istefa verib

Ermənistanın yüksək texnologiya sənayesi naziri Akop Arşakyan istefa verib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, o, bu barədə martın 31-də feysbuk səhifəsində yazıb.

A.Arşakyan könüllü olaraq istefa ərizəsini yazdığını açıqlayıb.

Bildirilib ki, nazirin istefası ilə bağlı şayiələr bir neçə gün əvvəl KİV-də yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol