Rusiyada axtarışda olan şəxslər Azərbaycanda tutulublar.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən bədən xəsarəti yetirmə) ilə axtarışda olanlar - Anar Davidov və Tehran Osmanov, 127-ci maddəsi (qanunsuz azadlıqdan məhrum etmə) ilə axtarışda olan Tehran Əhmədov, 228-ci maddəsi (narkotik) ilə axtarışda olanlar - Mehman Axundov və Məhəmməd Qəniyev tutulub.
Saxlanılan şəxslər ətrafında araşdırmalar aparılır.


Şərhlər