"Regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə Baş nazirlərin müavinlərinin üçtərəfli işçi qrupu çərçivəsində aparılan işləri müzakirə etmək imkanına görə təşəkkürümü bildirmək istəyirəm".
"Report"un xəbərinə görə, bunu Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
"Siz qeyd etdiyiniz kimi, biz həm əyani, həm də videokonfrans rabitəsi rejimində beş dəfə görüşmüşük. Həqiqətən işimizdə müəyyən tərəqqi var və sıx əlaqəli şəkildə işləyirik. Biz həm Azərbaycan tərəfi, həm də Ermənistan tərəfi ilə daim əlaqədəyik. Həqiqətən burada çox yaxşı əlaqə yaradılıb, - o bildirib.


Şərhlər
Elə sizin ucbatınızdan bu məsələ həllini tapmır. Müharibəyə müdaxiləolunmasa idi, uzağı 5-10 günə Xankəndi alınardı və ermənilər də ağ bayraq qaldıraraq təslim olardılar və bizdə əsil qələbəni yaşayardıq. İndi biz Ağdamdan Şuşaya gedə bilmirik, belə qələbə olar?...