Menu

Siyasi partiyaların MSK-ya hesabat vermə müddəti başa çatıb

01.04.2021, 16:39
Siyasi partiyaların MSK-ya hesabat vermə müddəti başa çatıb

Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət bu gün başa çatıb.

“Report”un xəbərinə görə, bu ilin əvvəlindən dövlət qeydiyyatına alınan 62 siyasi partiyadan 36-sı illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər partiyalar isə MSK-ya hesabat təqdim etməyib.

Qeyd edək ki, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol