Menu

Nazirlikdən Bakıda 60 ağacın kəsilməsinə reaksiya

02.04.2021, 13:58
Nazirlikdən Bakıda 60 ağacın kəsilməsinə reaksiya

Bakı şəhəri, Ziya Bünyadov prospekti 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov "Report"a bildirib ki, araşdırma zamanı fakt təsdiqini tapıb, ərazidə çinar, şam və leylandr ağaclarının kəsildiyi müəyyən edilib.

O qeyd edib ki, hazırda ağac kəsənlərin tapılması və təbiətə dəymiş ziyanın məbləğinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Qeyd edək ki, Bakıda gecə saatlarında 60-dan çox yeni əkilən ağaclar məhv edilib.

Şərhlər

Səlim 2021-04-02 14:26:07

Bu faktı ətraflı araşdırmaq lazımdır.Bu ağacların kəsilməsi qərarının arxasında hansı səviyyəsiz məmurlar durur.Sərəncamlar,icazələr hamısı araşdırılmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol