Menu

Azərbaycanda 4 200-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir

02.04.2021, 15:41
Azərbaycanda 4 200-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir

"Azərbaycanda Türkiyənin işgüzar dairələri geniş təmsil olunur, ölkədə türk şirkətlərinin sayı getdikcə artır".

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinə dair dəyirmi masada bildirib.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 4 200-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir: “Bu göstərici üzrə Türkiyə birinci yerdə qərarlaşıb. Eyni zamanda Türkiyə şirkətləri Azərbaycanda dövlət büdcəsi vəsaiti hesabına keçirilən və dəyəri 16,3 milyard ABŞ dolları olan 300-dən layihədə podratçı qismində iştirak edərək bu sahədə də liderliyini saxlayır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol