BAKI ORTAYA FAKT QOYUR, RUSİYA YENƏ TƏKZİB EDİR – ““İskəndər”dən istifadə olunmayıb və bu, öz təsdiqini tapıb”

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın, ardınca Baş nazir Nikol Paşinyanın etiraflarına, ötən gün isə Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) rəsmi bəyanatına, həmçinin ortaya təkzibolunmaz dəlillərin, raketin hissələrinin qoyulmasına baxmayaraq, Rusiya yenə də Qarabağ müharibəsində “İskəndər” raketlərindən istifadə olunmadığını bəyan edib.

“AzPolitika.info” xəbər verir ki, Azərbaycanın “İskəndər” raketlərinin qalıqlarını nümayiş etdirməsilə bağlı məsələyə münasibət bildirən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov daha əvvəl Rusiya Müdafiə Nazirliyinin “İskəndər” raketlərindən Qarabağ müharibəsində istifadə olunmadığına dair rəsmi bəyanatını təsdiqləyib.

Peskov deyib ki, Azərbaycan hərbçilərinin “İskəndər”in hissələrini nümayiş etdirməsi yeni xəbər olduğundan, Kremlin bununla bağlı hələ ki, ətraflı məlumatı yoxdur: “Mən bilmirəm ki, hərbçilər tərəfindən (Prezident Putinə-red.) bu məsələ ilə bağlı məruzə edilibmi və onların bununla bağlı detallı informasiyaları varmı.”

Bununla yanaşı Peskov bildirib ki, “İskəndər”lərdən istifadə olunmadığı artıq öz təsdiqini tapıb: “Siz “İskəndər” məsələsini xatırlayırsınız, onlar münaqişə vaxtı istifadə olunmayıb və bu, öz təsdiqini tapıb”. Jurnalistlərin belə olan təqdirdə, Bakının əlinə “İskəndər”in hissələrinin necə düşə biləcəyinə dair sualından yayınan Putinin sözçüsü “belə bir informasiyamız yoxdur” deməklə kifayətlənib.

Əlavə olaraq bildirək ki, eyni sual ötən gün Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyana da verilib. Davtyan 2020-ci ilin payızında Dağlıq Qarabağdakı münaqişə zamanı Ermənistan tərəfinin “İskəndər” raket sistemlərindən istifadə etməsi barədə məlumatı təkzib etməyib və yalnız bununla bağlı şərh verməyəcəyini söyləyib: “Heç bir şey deyə bilmərəm, cünki bu məlumatın açıqlanması nəzərdə tutulmayıb”.

Göründüyü kimi, Ermənistanın sabiq və indiki rəhbərliyinin, yüksək rütbəli hərbçilərin, separatçıların nümayəndələrinin etiraflarına, ardınca Azərbaycanın ortaya qoyduğu faktlara baxmayaraq, Rusiya həmişəki ampluasında çıxış edir. Ortada təkzibolunmaz dəlillər ola-ola “İskəndər” raketlərindən istifadə olunmadığını iddia edir. Bunun özü də Rusiyanın gerçək üzünü göstərən hadisədir və Moskvanın Azərbaycana münasibətini, eləcə də Qarabağ münaqişəsində oynadığı rolu bir daha ortaya qoyur.

Cəlal

“AzPolitika.info”

635x100

Şərhlər

Rüfət 2021-04-05 13:48:17

Buradan belə sual ortaya çıxrır:Bəs bu qalıqlar nəyidir və nədir?Azərbaycanda bu sualı Rsiyaya verın və doğru cavabı kim almalıdır? Nyə bu məslə Beynlxalq təşkilatlar qarçısnda qaldırılmır? Yenə də 5-ci kolonun medallıları buna manr olur?

RR 2021-04-03 13:33:33

Rus xalqı Putinə vor deyir, Bayden qatil deyir daha nə olasıdı cinəyatkar, teroristlərlə vuruşan qəhrəman Azərbaycan xalqı Allah millətimizi qorusun

Eli 2021-04-02 23:06:49

Eliye cavab yazan müellime.Müellim men bilmirem yuxarıda 5-cı ya10- cu kolon oturub ,ancaq fakt ondan ibaretdir ki bu tip raketlerin istifadesi bir neçe ölke terefinden radarlar be peykler vasitesi ile qeyde alınırı bunu hrç kim dana bilmez.Mence bunların miyyeti daha alçaq mentiqe söykenir -bunlar bele alçaqlıqla ranı qatmaq isteyirler ve bizi borclu çıxartmaq meqsedi güdülür

.EJDER 2021-04-02 22:48:16

aye,car,kqbewnik putin bizi satmaz,malades dyadya VOVA,vot tebe oquress

Xalq 2021-04-02 19:38:33

BU HƏRƏKƏTİN ADI SİYASİ FAİŞƏLİKDİR! ƏGƏR BUNU BOYUNLARINA GÖTÜRÜRLÜRSƏ ONLAR ELƏ MƏNDİYƏNDİRLƏR!

Eli-yə 2021-04-02 18:03:33

un fəaliyyəti nəzrə alınsa məlum olar ki, belə təkziblərin olunmasında yuxarıda oturan 5-ci kolonun əli var.Yoxsa fakt olan yerdə təkzib yox üzr istəmə və dəyən ziyanların ödənməsi məsələsi dyrar.Bunlar olmamasına səbəb isə Azərbaycanın yuxarılarında məskən salmış 5ci kolon durur.tty

Ramil 2021-04-02 17:58:56

Faktı təkzib edən ölkə ilə müttəfiqlik sazoşo formal xarakter daşıdığı sübut olunur.Deməli əslində Rusiya Azərbaycana düşmən çevrildiyinə 5-ci kolon diqqət vermək istəmir.Bu isə ölkəni uçiruma aparır.

Eli 2021-04-02 17:32:17

Bunlar esli,kökü ,xatı olmayan bir millet ,bir xalqdır ki dunya bunların elinden bezib be dunya gücleri bunlarla mece reftat etmek yollarını tapa bilmirler.Üzr isteyirem,ehtiyac ucbatından bedenini satan fahişeni iş üstünde tutsan kim olduğunu isbat etsen o bir insan kimi etiraf eder,ancaq bunları elinde silah adam öldürdüyü yerde tutsan boynuna qoya bilmezsen ki sen qatilsen yeni esl fahişe bunlardır.Biz qardaş Türkiyye ile birlikde İnşaallah bu meseleye aydınlıq getirceyik.Yeqin diger dunya dövletleti de nu meselede bize kömek olacaqlaramcaq bizi istediklerine göre yox ruslara nifret etdiklerine göre.

Son yazılar