Azərbaycanda daha bir millət vəkililə bağlı borc qalmaqalı üzə çıxıb.
“AzPolitika.info” xəbər verir ki, “Kapital Bank” ASC-nin deputat İqbal Məmmədov və qardaşı Çingiz Məmmədova qarşı məhkəmə iddiası qaldırdığı məlum olub. “Yenisabah”-ın məlumatına görə, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. Deputat və qardaşının məhkəməyə verilməsinin səbəbi borc müqaviləsi üzrə mübahisələrdir.
Xatırladaq ki, İqbal Məmmədov dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində də mandatını qoruya bilib.
İqbal Məmmədov həm də “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin qeyri-rəsmi sahibi kimi tanınır.
Cəlal
“AzPolitika.info”


Şərhlər
Bunlar rüşvətlə millət vəkili olaraq vəkil toxunulmazlığından sui istifadədə edərəkqanunu heç sayaraq bir çox kredit,torpaq sahələri,əmlak və binaları zəbt edirər.Hakimiyyət isə buna göz yumur.