Belorus xüsusi xidmətlərinin tərtib etdiyi terrorçuluq fəaliyyətinə aid siyahıya müxalifət lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixonovskayanın adı da daxil edilib. Bu siyahıda daha bir fiqurant isə Tixonovskayanın Koordinasiya Şurası üzrə silahdaşı, eks-nazir Pavel Laquşkadır.
Bundan başqa, DTK xəbər verir ki, siyahı daha 15 nəfərlə genişləndirilib - onlar xaricdə (Litva və Polşada) yerləşiblər.
Dövlət Təhlükəsizliyi Komitəsinin müstəntiqləri xatırldırlar ki, Tİxanovskayaya və digərlərinə qarşı terrorçuluq aktı təşkil etmək faktı üzrə cinayt işi qaldırılıb.
İş materiallarına əsasən, guya hansısa bir Maleyçuk adlı vətəndaş partlayış təşkil etməyə və Borisov ətrafında və paytaxtdakı hərbi hissədə yanğın törətməyə cəhd göstərib.
DİN-nin məlumatına görə, terror aktı həyata keçirmək tapşırığını Maleyçuk guya müxalifət düşərəsindən alıb.
Bu gedişlə, bir müddətdən sonra Belarusda Lukaşenkonun özü də terrorçu elan edilə bilər.
AzPolitika.info


Şərhlər
BU QADIN İSƏ Belarusun QEYRƏT.ÇƏRƏF, NAMUS simvoludur.
DTX-nın Putin planı buna deyirlər.Düşməninə qarşı hər cür şər və böhtan tələsi qurmaq.Amma bütün dünya bilir ki,əsil terrorçu elə böhtançının özüdür.Qarabağda Putin başımıza hansı oyunları açmadı?