Menu

ABŞ-da atışma olub - Bir nəfər həlak olub, daha iki nəfər ağır xəsarər alıb

04.04.2021, 20:04
ABŞ-da atışma olub -  Bir nəfər həlak olub, daha iki nəfər ağır xəsarər alıb

ABŞ-ın Virciniya-Biç (Virciniya ştatı) şəhərində baş verən atışma nəticəsində azı bir nəfər həlak olub, daha iki nəfər ağır xəsarət alıb. “Report” xəbər verir ki, bu barədə yerli polisə istinadən CNN teleşirkəti bildirib.

Məlumata görə, polis əməkdaşları şənbə günü gecə atışma haqqında xəbər alıblar. Onlar əraziyə gələrkən hadisə zamanı həlak olmuş bir nəfərin meyitini və ağır yaralanmış iki nəfəri aşkarlayıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol