Menu

Myanmada toqquşmalarda öldürülənlərin sayı 564 nəfərə çatdı

04.04.2021, 21:05
Myanmada toqquşmalarda öldürülənlərin sayı 564 nəfərə çatdı

Myanmada etiraz aksiyalarının iştirakçıları və güc strukturlarının əməkdaşları arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı 564 nəfərə çatıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının saytındakı xəbərdə deyilir.

"Aprelin 4-ə olan məlumata əsasən çevriliş nəticəsində 564 insan öldürülüb", - məlumatda deyilir. Assosiasiyanın məlumatına görə, hazırda 2 667 nəfər həbsdə saxlanılır, 38 insan həbs cəzasına məhkum edilib.

Cümə günü "The Irrawaddy" qəzeti “Save the Children” beynəlxalq xeyriyyəçilik fonduna istinadən bildirib ki, Myanmada həddi-buluğa çatmamış 43 nəfər polisin hərəkətləri və hərbçilərin dövlət əleyhinə nümayişləri dağıtması zamanı həlak olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol