Azərbaycanda bağçaların bağlanması məsələsi ilə bağlı böyük ziddiyyət yaranıb.
Musvat.com xəbər verir ki, Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə məktəblərin aprelin 5-də bağlanacağı ilə bağlı qərar verilən gün Təhsil Nazirliyi bağçaların işləyəcəyini açıqladı.
Təhsil naziri Emin Əmrullayevin aprelin 3-də "Facebook" səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən bağçaların bağlanmayacağını və fəaliyyətlərini davam etdirəcəyini demişdi. Lakin sonradan icra hakimiyyətləri bağçaların bağlanması barədə bildirdilər.
Bağçaların da məktəblər kimi aprelin 5-dən fəaliyyətini dayandıracağı ilə bağlı məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqlədi.
Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov da məsələyə aydınlıq gətirə bilməyib. Qurum rəsmisi bildirib ki, hələlik məsələ qaranlıq olaraq qalıb: “Bağçalararla bağlı qısa müddət ərzində təfərrüat tam aydın olacaq”.


Şərhlər
Yiyesizlik (((