ƏHMƏDZADƏNİN YERİNƏ TƏYİNAT OLDU - Meliorasiya və Su Təsərrüfatının yeni sədri kimdir? (Yenilənib)

Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

"AzPolitika.info" nun məlumatına görə, Zaur Rauf oğlu Mikayılov bundan əvvəl  özəl sektorda çalışıb, BRAVO supermarketlərinin sahibi kimi çıxış edən “Azərbaycan Supermarket” MMC-nin qanuni təmsilçisi kimi tanınıb.

Zaur Mikayılov “2018-ci ilin noyabr ayında" Bravo” supermarketlər şəbəkəsinin icraçı direktoru təyin olunub. Gənc mütəxəssis 2021-ci ilin yanvar ayında  "Azərbaycan Supermarket" MMC-nin direktoru vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik əcnəbi vətəndaşa (Kevin Paul Landi) həvalə olunub.

İndex.az-ın əldə etdiyi məlumata görə, Zaur Mikayılov “2001-2009-cu illər ərzində “Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

Daha sonra Zaur Mikayılov “PAŞA Construction” tikinti şirkətində yüksək vəzifə tutub. Belə ki o, “Port Baku Towers”in baş direktoru olub.

“Bravo” supermarketlər şəbəkəsinə rəhbərlik etməzdən öncə isə Zaur Mikayılov “Agro Dairy” MMC-də baş direktor vəzifəsini tutub.

Zaur Mikayılov Bosfor Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirib.

Xatırladaq ki, keçmiş sədr Əhməd Əhmədzadə 3 gün əvvəl dövlət başçısının sərəncamına əsasən, vəzifəsindən azad edilib.

"AzPolitika.info"

635x100

Şərhlər

Tahir 2021-04-07 22:34:23

Bravoda bu su sahesini ela menimseyib :)

Kamil Həmidova 2021-04-06 16:31:16

Haçandan? Tərifnamınin zamanını da göstərsən bəlkə bzi şeylər aydın oldu.Adamın əlumatda yazılmış tərcümeyi halında bir çox illər boş buraxıldığına diqqət etmisənmi?Bu da nvbəti Sahil və digərləri kimi yarımçıq təhsilli.uyğun gəlməyən "qore sealuistdir" ZAMAN TƏSDİQ EDƏCƏK.

Əkrəm 2021-04-06 16:26:24

Mikayılov Bosfor universitetində neçə gün və haçan oxuyub?İxtisaı nə olub?i

Kamil Hamidov 2021-04-06 12:36:41

Əla təyinatdır. Artlq məmurlar tək sadiqlik prinsipi ilə seçilmirlər. Müasir biliklər, bacarıqlar və təcrübə Cənab Prezident üçün əsas meyara çevrilib. Uğurlar

Veteran 2021-04-06 10:10:27

Ə bunun heç adama oxşar yeri də yoxdur.

Eko 2021-04-05 17:05:44

Bu temiz ishleyecek ?

Mamed 2021-04-05 17:01:56

Görəsən bu haralıdır,kimin qohumu nəvəsi qudasıdır

Seyid Ənhu 2021-04-05 15:42:03

Əgər xalqla işləyəcəksə ALLAH xeyir versin, yox əgər əjdəha kimi suyun qarşısını kəsib onu oliqarxlara verəcəksə ALLAH əməlini və niyyətini öz başında çatlatsın.

Haci 2021-04-05 15:12:52

Əla

Son yazılar