Hesablama Palatası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində (“Qaçqınkom”) aparılan yoxlamaların nəticələri ilə bağlı Baş Prokurorluğa müraciət edib.
“Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.
Pozuntu komitəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair uyğunluq üzrə - malların (işlərin və xidmətlərin) satınalınması zamanı satınalma proseduru keçirilmədən müqavilələr bağlanılaraq dövlət büdcəsi vəsaitlərinin xərclənməsi səbəbindən inzibati məsuliyyət üzrədir.
Qeyd edək ki, “Hesablama Palatası haqqında” Qanunu ilə cinayət tərkibi ehtimal olunan hər bir nəzarət tədbiri üzrə materialların Baş Prokurorluğa göndərilməsi ilə bağlı tələb təsbit edilib.
Hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.


Şərhlər
Əli Həsənovu,ailəsindəki cinayətkar nəvəsini və quduzlaşmış qohum əqrabasını,qudaları ,hamısına cinayət işi açıb damlamaq ,özüdə təcili.
Əli Həsənovu,ailəsindəki cinayətkar nəvəsini və q uduzlaşmış
Burda ən çox vəsaiti mənimsələyən,tikinti və maliya sahəsini əlinə alan Qasım və Nazim yeznə qaindirlər,təkcə Nazimin qızının sürdüyü maşının qiyməti 260000 min manatdır,istintaq bunları araşdırsa yaxşı olar,yəni həqiqəti üzə çıxarar.