Xalq artisti Rafiq Hüseynov (Rəmiş) vəfat edib.
Bu barədə "Report"a xalq artistinin həyat yoldaşı Güllü Hüseynova deyib.
R.Hüseynov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, 76 yaşlı gitaraçı yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilib. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.
Allah rəhmət eləsin!


Şərhlər
Allah rəhmət eləsin!
Allah rəhmət eləsin, yaxşı insan idi, 2-3 dəfə təsadüfən görüşmüşdük və məndə, özü haqqında, bir insan kimi xoş təəssürat yaratmışdı...
ALLAH RƏHMƏT ELƏSİN!!! AZRBAYCAN, başın sağ olsun!!!