Menu

Dövlət Sosial Müdafiə Fondunda nöqsanlar aşkarlandı

05.04.2021, 16:41
Dövlət Sosial Müdafiə Fondunda nöqsanlar aşkarlandı

Hesablama Palatası ötən il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

“Report”un xəbərinə görə, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, Fondda 13 hal üzrə nöqsan qeydə alınıb.

Bundan başqa, Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsində 8, Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarında isə 5 hal üzrə nöqsan aşkar olunub.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər

t.ədalət 2021-04-05 21:54:38

Dövlət Sosial Müdafiə Fonduna Himalay Məmişov rəhbərlik edəndən bəri bu idarədə sular durulmur.Müh.əlillərinə verilən mənzillər Məmişovun maraqlarından keçir.İstədiyi adamın növbəsini pozur.Müh.əlilləri və şəhid ailələrinə mənzillərin Abşeronun ucqar yerlərində verilməsi də Məmişovun maraqları üzərində quruluib.Alıcısı olmayan mənzilləri MTK-larla razılaşma əsasında alır.Yəni,maraq dairəsində.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol