Rusiya Prezidenti Vladimir Putin ona yenidən iki müddətə prezidentliyə namizədliyini irəli sürmək hüququ verən qanunu imzalayıb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, qanunun imzalanması ilə bağlı sənəd Rusiyanın hüquq informasiya portalında dərc olunub.
Qeyd edək ki, Rusiyada ötən il konstitusiyaya əlavə dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq səsverməsi keçirilib. Konstitusiyaya edilən dəyişikliyə görə, hazırkı dövlət başçısının əvvəlki prezidentlik müddətləri sıfırlanıb. Ötən həftə isə Rusiya parlamenti hazırkı prezidentə daha iki müddətə prezidentliyə namizədliyini irəli sürməyə imkan verən qanun layihəsini qəbul edib.


Şərhlər
Putin imzaladığı bu qanunun bəhrəsini görməyəcək.
2.sroka secilmesini temin eden serencamdan sonra ,ruslara qalanina sonra baxariq deye ..el yeri.. de qoyub hele!Liliputinki LILIPUTIN!
Bir aqil deyib:Bu dünyada da axiretde de en bedbex insan şahlardır.Niye göresen ağlı başında olanlar normal ,menevi insan azadlığı be heyatını cehennem ezanı olan şahlığa qurban berirler.Adam anlaya bilmir .Axı bunun deyilene göre milyardlarla pulu var yüz iller de xerclese mesli mecabeti ile birlikde qurtarmax .Vallah bu dünyada gülmeli işler çoxdur Bunlar ömrünü o upulları qorumaqla başa vururlar Bedbextçilikdir vallah.