Menu

Bakıda zəncirvari qəza olub - 4 avtomobil toqquşub

05.04.2021, 18:57
Bakıda zəncirvari qəza olub - 4 avtomobil toqquşub

Bakıda zəncirvari yol qəzası olub.


"Report"un məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, A.M.Şərifzadə prospektində qeydə alınıb.

Belə ki, prospektdə hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Daha sonra "VAZ-2107" markalı maşın qarşı tərəfdən gələn "Hyundai" markalı avtomobillə toqquşub və əks yolda park edilmiş digər 2 avtomobilə çırpılıb. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol